Dünya Türkiyədən danışır! Tək vuruşda gələn ZƏFƏR : ABŞ mətbuatı Baydenin Ərdoğan qarşısında güzəştlərini bir-bir AÇIQLADI (FOTO)

  • 11:02 - 12 İyul

Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Sammitində bütün dünyanın gündəmi Rəcəb Tayyib Ərdoğan və Türkiyə olub.

Avropa.info xəbər verir ki, İsveçin NATO alyansına üzvlük prosesi və Türkiyənin böyük diplomatik qələbəsi ABŞ mətbuatının bir nömrəli gündəminə çevrilib. Ərdoğanın Vilnüsdəki uğurlarını bir-bir sadalanıb. Alman mətbuatı isə “Ərdoğan hər zamankindən daha güclüdür” ifadələrini işlədib.

ABŞ-ın "Business Insider" media orqanı Türkiyənin bir sıra güzəştlər aldıqdan sonra İsveçin üzvlüyünə "yaşıl işıq" yandırdığını yazıb.

Yazıda Prezident Ərdoğanın ciddi bazarlıq etdiyi və böyük qələbə qazandığı qeyd olunur. Ərdoğanın ABŞ-dan çox arzuladığı F-16-ları aldığı bildirilib. Türkiyənin PKK/YPG-nin maliyyə qaynağına çevrilən İsveçi NATO-ya üzvlük prosesində bir ildən artıqdır gözlətdiyini yazan qəzet, bundan sonra verilən açıqlamalardan dərhal sonra ilk güzəşti aldığını qeyd edib. 

Foto - Dünya Türkiye’yi konuşuyor! Tek vuruşta gelen zafer: ABD basını verdikleri tavizleri tek tek yazdı

Türkiyənin İsveçə böyük təzyiq göstərdiyi və terrorla mübarizədə böyük qələbə qazandığı, bununla da İsveçin öz qanunlarını dəyişməsinə şərait yaratdığı bildirilib. Yazıda qeyd olunur ki, Ərdoğanın Rusiyaya qarşı sanksiyaları rədd etməsi və balans rolunu oynaması, NATO-dakı nüfuzunu daha da artırıb və Qərb müttəfiqlərindən daha çox güzəşt əldə edib.

CNN International isə Türkiyənin pərdəarxası uğurlarını gündəminə gətirib. Türkiyə ilə ABŞ arasında diplomatik trafikə təfərrüatları ilə toxunan qəzet gözlərin Ərdoğan-Miçotakis görüşündə olduğunu qeyd edib. ABŞ-ın F-16 satış prosesini dayandırdıqdan sonra Türkiyənin hansı ciddi diplomatiya həyata keçirdiyini yazan qəzet hətta türk düşməni Menendezin münasibətinin belə dəyişdiyini yazıb.

Foto - Dünya Türkiye’yi konuşuyor! Tek vuruşta gelen zafer: ABD basını verdikleri tavizleri tek tek yazdı

"Prezident Ərdoğan ilə ABŞ prezidenti Co Bayden arasında keçirilən zirvə öncəsi görüşə diqqət çəkilib və 45 dəqiqəlik görüşdən sonra Ağ Evdən verilən açıqlama ilə F-16 satış prosesinin gedişatının irəliləməsinin məntiqli olduğu xatırladılıb. ABŞ dövlət katibi Antoni Blinkenin Hakan Fidanla 5 gün ərzində 3 dəfə görüşüb, məlumdur ki, çox gərgin diplomatik mübarizənin gedib", - deyə CNN International  qeyd edib.

Foto - Dünya Türkiye’yi konuşuyor! Tek vuruşta gelen zafer: ABD basını verdikleri tavizleri tek tek yazdı

Almaniyanın "Bild" qəzeti isə , "Ərdoğan hər zamankindən daha güclüdür", yazıb. 

Qəzet, Prezident Ərdoğanın NATO-nu bağlaya bildiyini, həm Putin, həm də Zelenski ilə eyni anda yaxşı münasibət qura bildiyini yazır. Yazının sonunda,“Ərdoğansız  heç nə alınmır”, ifadəsi qeyd olunur.


Oxunma sayı: 15698

Oxşar yazılar