Ərdoğan istəklərini Baydenə qəbul etdirdi : 40 yeni F-16, silah embarqosunun ləğvi və daha nələr... - İngiltərə mərkəzli nəşr ŞOK DETALLARI AÇIQLADI

  • 23:58 - 11 İyul

Mərkəzi ofisi Londonda yerləşən" Middle East Eye" nəşri Türkiyə prezident Rəcəb Tayyib Ərdoğanın İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsini qiymətləndirən yazı dərc edib. 

Avropa.info xəbər verir ki, Prezident Ərdoğanın viza qarşısında üzvlük tələblərinin qəbul edildiyini vurğulayan "Middle East Eye", ABŞ-ın Türkiyəyə 40 yeni F-16 verəcəyini, 80-ə yaxın təyyarəni modernləşdirəcəyini, Kanadanın Türkiyəyə qarşı silah embarqosunu ləğv etməyə razı olduğunu yazıb.

“F-16 müqaviləsinə 40 yeni təyyarə, 79 təyyarənin modernləşdirilməsi, 900-dən çox  hava raketi və 800 təyyarə bombası daxildir”, - deyə məqalədə bildirilir.

İsveçin imzaladığı müqavilədəki maddələrin Ərdoğanı məmnun etdiyini vurğulayan ingilis mətbuat orqanı, "ABŞ prezidenti Baydenlə görüşündə Ərdoğan AB-yə üzvlük danışıqlarının yenilənməsini və AB liderlərinin bu istiqamətdə açıqlamalar verməsini istəyib. Bayden kömək etməkdən məmnun və xoşbəxt olacağını deyib. İsveçin NATO üzvlüyünün parlament tərəfindən təsdiqindən sonra Baydenin Türkiyəyə F-16 satışını Konqresdən keçirməsi çətin olmayacaq", - deyə məqalədə qeyd olunur. 


Oxunma sayı: 13179

Oxşar yazılar