Evlilik saytından 15 nəfər qadınla birdən evləndi

  • 21:57 - 11 İyul

Hindistanda evlilik saytları vasitəsilə tanış olduğu 15 qadınla evlənən və bəzilərindən uşaqları olan 35 yaşlı kişi saxlanılıb.

Avropa.info xəbər verir ki, şübhəli Mahesh KB Nayak qadınları evlənməyə razı salmaq üçün özünü həkim və ya mühəndis kimi təqdim edib.

Dul qadınları hədəfə alan Nayakın 2014-cü ildən bəri 15 qadınla evləndiyi və 4 övladı olduğu açıqlanıb.       

Həmçinin qeyd olunub ki, Nayak hətta ibtidai məktəb məzunu olmasa da, özünü həkim kimi təqdim edərək tanış olduğu qadınları təsirləndirməyə çalışıb, klinika açmaq üçün qadınlardan pul istəyib.

Polisin verdiyi məlumata görə, Nayak Tumakuru şəhərində bu il evləndiyi 45 yaşlı proqram mühəndisi qadının şikayəti əsasında saxlanılıb.


Oxunma sayı: 10836

Oxşar yazılar