Nə neft, nə qaz! Türkiyəyə 100 il yetəcək enerji qaynağı... - Sevindirici xəbəri Rusiya AÇIQLADI (FOTO)

  • 13:55 - 10 İyul

Rusiya Dövlət Atom Enerjisi Agentliyinin baş direktoru Aleksey Lixaçev Türkiyənin enerji addımları ilə bağlı diqqətçəkən açıqlama ilə çıxış edib.

Avropa.info xəbər verir ki, Türkiyə enerji sahəsində "səssiz inqilab" həyata keçirir. 

Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyənin son 21 ildə enerji sahəsində həyata keçirdiyi “səssiz inqilab” böyük Türkiyəyə gedən yolda çox mühümdür.

Türkiyənin milli enerji siyasətinin ən mühüm sütunlarından biri nüvə enerjisi planıdır. Layihə sürətlə davam edir. 2024-cü ildən başlayaraq hər il bir reaktor istifadəyə veriləcək. 2028-ci ilə qədər bu layihə tam istifadəyə veriləcək və Akkuyu AES Türkiyənin elektrik enerjisinə ehtiyacının təxminən 10 faizini ödəyəcək.

Bununla bağlı Rusiya Dövlət Atom Enerjisi Agentliyinin baş direktoru Aleksey Lixaçev Türkiyədə tikintisi davam edən Akkuyu Atom Elektrik Stansiyası ilə bağlı diqqətçəkən açıqlamalar verib.

Foto - Ne petrol ne doğalgaz! Türkiye'ye 100 yıl yetecek enerji kaynağı... Müthiş haberi Rusya duyurdu

“Türkiyədə tikiləcək AES-in istismar müddəti 100 ildən az olmayacaq. Bu o deməkdir ki, Akkuyu AES-in Türkiyə Cümhuriyyətinin 200 illiyində mövcud olmaq şansı var. Planetin ən böyük nüvə tikintisi layihəsinin uğuruna epidemiya və ya xarici siyasi təzyiqlər mane ola bilmədi. Bu nailiyyət bizə zaman-zaman yaranan problemləri məharətlə həll etməyə kömək edən iki ölkənin liderlərinə məxsusdur", - deyə Lixaçev qeyd edib.

Qeyd edək ki, VVER-1200 reaktorlu dörd enerji blokuna malik, ümumi quraşdırılmış gücü 4800 MVt olan və bir-birinə bağlanan çoxqatlı təhlükəsizlik sistemi ilə təchiz edilmiş Akkuyu AES dünyanın ən təhlükəsiz atom elektrik stansiyası kimi göstərilir.

Foto - Ne petrol ne doğalgaz! Türkiye'ye 100 yıl yetecek enerji kaynağı... Müthiş haberi Rusya duyurdu

 


Oxunma sayı: 10319

Oxşar yazılar