Dünyanın inflyasiya KABUSU: Ukraynadakı münaqişə Avropada iqtisadi vəziyyəti kəskin şəkildə dəyişdi

  • 12:33 - 03 İyul

Ukraynadakı münaqişə Avropada iqtisadi vəziyyəti kəskin şəkildə dəyişib. İnflyasiya sürətlə artır və ağlasığmaz səviyyələrə çatır. 

Avropa.info xəbər verir ki, "Əl-Eqtisadiya" nəşrinin yazdığına görə, Rusiya və Çin isə əksinə, inflyasiyanın ən aşağı olduğu dövlətlərin reytinqinə başçılıq ediblər. 

Bir neçə G20 ölkəsi inflyasiyanı cilovlaya bilib. Çin (0,2%), Rusiya (2,5%) və Səudiyyə Ərəbistanı (2,8%) ən aşağı inflyasiyaya malik ölkələr siyahısına başçılıq edir. 

Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı və G20 analitik agentliklərinin məlumatlarına görə, yalnız üç ölkədə inflyasiya 3%-dən aşağı qeydə alınıb. Demək olar ki, bütün dünya yüksək inflyasiya ilə üzləşir və bu, milli mərkəzi bankları pul siyasətini sərtləşdirməyə məcbur edir. 

Benzinin qiymətlərinə yüksək həddi müəyyən etmək Səudiyyə Ərəbistanında inflyasiyanın cilovlanmasında mühüm rol oynayıb. Mənzil, su, elektrik enerjisi, qaz və yanacaq, o cümlədən benzin istehlak qiymətləri indeksində üstünlük təşkil edir. 

G20 ölkələrində inflyasiya səviyyəsi 0,2% (Çin) ilə 114% (Argentina) arasında dəyişir. 

Ukraynadakı münaqişə və koronavirus pandemiyası ilə başlayan qlobal tədarük zənciri böhranı səbəbindən 2022-ci ilin əvvəlindən inflyasiya səviyyəsi əhəmiyyətli dərəcədə artıb. 

Cənubi Koreyada inflyasiya 3,3%, Yaponiyada 3,5%, Braziliyada 3,9%, ABŞ və İndoneziyada 4%, Hindistanda 4,25%, Kanadada 4,4%, Fransada 5,1%, Meksikada 5,8%, Almaniya və Avrozonada 6,1%, Cənubi Afrikada 6,8%, Avstraliyada 7%, İtaliyada 7,6%, Böyük Britaniyada 8,7% təşkil edir. 

Avropa belə yüksək dərəcələrə öyrəşməyib. Həmişə sıfır və mənfi də daxil olmaqla aşağı inflyasiya dərəcələri ilə məşhur olub, lakin Rusiya-Ukrayna böhranı hər şeyi dəyişib. 

G20 ölkələri arasında ən yüksək inflyasiya Türkiyə (39,6%) və Argentinadadır (114%). 

İnflyasiya mal və xidmətlərin qiymətlərinin ümumi səviyyəsinin davamlı artması, pulun dəyərdən düşməsi, həddən artıq emissiya nəticəsində onların alıcılıq qabiliyyətinin aşağı düşməsi və ya dövriyyədə olan əmtəə kütləsinin sabit pul kütləsi ilə azalmasıdır.


Oxunma sayı: 9857

Oxşar yazılar