“Fənərbağça”nın yeni baş məşqçisi bəlli oldu - Həcc ziyarətindən gəlib müqavilə bağlayacaq - FOTO

  • 20:38 - 27 İyun

Türkiyənin “Fənərbağça" klubunun prezidenti Ali Koç mövsüm öncəsi  komandanın başına İsmayıl Kartalın gətirilməsinə qərar verib.

Avropa.info xəbər verir ki, baş məşqçi ilə ilkin razılığın əldə olunduğu iddia edilir.

Məlumata görə, “Fənərbağça” növbəti mövsümün planlamasını həyata keçirmək üçün məşqçi məsələsini ən qısa zamanda həll etmək itəyir.İsmail Kartal isə həcc ziyarətində olduğundan cümə axşamı İstanbula gələcək. Tərəflərin bayramdan sonra müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, “Fənərbağça”nın son iki çempionluğunda baş məşqçi köməkçisi olan, 2014-cü ildə Superkuboku qazanan və 2021-22 mövsümündə qısa müddətdə müsbət işlər görən İsmail Kartal üçün artıq geri sayım başlayıb.

 


Oxunma sayı: 10616

Oxşar yazılar