
Rafael Ağayevdən "Karate Combat"da növbəti parlaq qələbə - VİDEO
- 11:22 - 25 İyun
Azərbaycanın karate üzrə 5 qat dünya və 11 qat Avropa çempionu Rafael Ağayev peşəkarların mübarizə apardığı "Karate Combat" turnirində növbəti döyüşünü keçirib.
Avropa.info xəbər verir ki, idmançımız Florida ştatının Mayami şəhərində ABŞ-dən olan Coşua Kuayhagenlə qarşılaşıb.
Baş tutan döyüş Ağayevin qələbəsi ilə başa çatıb.
Turnirdən görüntüləri təqdim edirik: