Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri: Beynəlxalq idman ciddi təhlükə altındadır

  • 15:00 - 22 İyun

Beynəlxalq idman bəzi qüvvələrin Olimpiya hərəkatını parçalamaq və məhv etmək istəyi səbəbindən ciddi təhlükə altındadır. 

Avropa.info xəbər verir ki, bunu Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Tomas Bax təşkilatın növbədənkənar sessiyası zamanı bildirib. 

“Bəzi qüvvələr bizim səylərimizi bölmək və məhv etmək istəyir, dünya idmanı ciddi təhlükə altındadır”, - Bax deyib. 

Onun sözlərinə görə, turnirlərə buraxılma ilə bağlı siyasi qərarlar “yalnız siyasi baxışları ilə razılaşanların yarışmasına səbəb olacaq”. 

Onda Olimpiada sadəcə olaraq mənasını itirəcək”, - Bax vurğulayıb. 

"İndi Beynəlxalq Olimpiya Komitəsi iki döyüşən tərəf arasında vəziyyətdədir, rusları qəbul etmək qərarı asan olmayacaq", idman rəsmisi yekunlaşdırıb.


Oxunma sayı: 8812

Oxşar yazılar