Ramil Quliyev beynəlxalq yarışda üçüncü yeri tutdu

  • 09:37 - 19 İyun

Azərbaycan əsilli Türkiyəni təmsil edən yüngül atlet Ramil Quliyev Avstraliyada keçirilən "Horst Mandl Memorial Graz 2023" beynəlxalq yarışında üçüncü yeri tutub. 

Avropa.info bildirir ki, Türkiyə Atletika Federasiyasından verilən məlumata görə, yarış Avstraliyanın Qrats şəhərində keçirilib. 

Milli atlet kişilər arasında 200 metr məsafəni 20,86 saniyəyə qət edərək üçüncü yeri tutub. Bu, Quliyevin bu il ən yaxşı nailiyyəti olub. 

Nigeriyalı atlet Seie Ogunleve məsafəni 20,63 saniyəyə qət edərək yarışda birinci yeri tutub.


Oxunma sayı: 8669

Oxşar yazılar