Mərasim evində sözləri çəp gəldi - həmyerlisini VƏHŞİCƏSİNƏ DÖYDÜ

  • 11:32 - 16 İyun

Daşkəsən Rayon Polis Şöbəsinə rayonun Mədənçilər qəsəbə sakini, 1997-ci il təvəllüdlü İlkin Cəfərovun sol gözünün üst nahiyəsinin çapılmış, aşa nahiyəsinin isə hematoması və şişkinliyi xəsarəti ilə xəstəxanaya müraciət etməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Milli.Az-a bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq araşdırmalar nəticəsində məlum olub ki, İ. Cəfərov qonaq qismində iştirak edən rayon ərazisindəki mərasim evlərinin birində həmyerlisi Ramin Məmmədov ilə şəxsi münasibətlər zəminində mübahisə edib və sonuncu ona qeyd edilən xəsarətləri yetirib.

Hadisə ilə bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.


Oxunma sayı: 6887

Oxşar yazılar