Bulvarda kaktusları kəsərək yandıran şəxs saxlanıldı - VİDEO

  • 11:41 - 13 İyun

Dənizkənarı Bulvar ərazisində kaktusların kəsilməsi, yandırılması ilə bağlı yayılan görüntülər araşdırılıb.

DİN-in mətbuat xidmətindən Avropa.info-ya bildirilib ki, əməli törədən şəxs – Varis Etibar oğlu Cəfərli polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir.

Qeyd edək ki, bir nəfər naməlum şəxsin Bakı Bulvarında dekorativ ağacları kəsərək yandırması barədə görüntülər sosial şəbəkələrdə yayılıb.


Oxunma sayı: 5820

Oxşar yazılar