Ankarada tarixi gün: Ərdoğana mandatı Baxçəli təqdim etdi - FOTO

  • 19:00 - 03 İyun

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində yeni dönəm prezident vəzifəsinin icrası üçün rəsmən and içib. 

Avropa.info xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin müvəqqəti sədri Dövlət Baxçalı tərəfindən qarşılanan Ərdoğana vətəndaşlar böyük maraq göstərib. Ərdoğanın maşını qırmızı qızılgül ləçəkləri ilə örtülüb. 

Prezident Ərdoğan andiçmə mərasimindən əvvəl mandatını Türkiyə Böyük Millət Məclisinin müvəqqəti sədri Dövlət Baxçalıdan alıb. Ərdoğan daha sonra and içib. Ərdoğanın andiçmə mərasimindən sonra İstiqlal Marşı oxunub.

Prezident Külliyəsində keçiriləcək tədbirə isə 21 dövlət başçısı və 13 baş nazirlə yanaşı, Türk Dövlətləri Təşkilatı, NATO və İslam Əməkdaşlıq Təşkilatı da daxil olmaqla bir çox nazir və beynəlxalq təşkilatların nümayəndələri qatılacaq.


Oxunma sayı: 3444

Oxşar yazılar