Yeni seçilmiş Türkiyə Böyük Millət Məclisinin ilk iclası başlayıb - VİDEO

  • 21:12 - 02 İyun

28-ci çağırış Türkiyə parlamentinin yeni tərkibi cümə günü, iyunun 2-də and içib. 

Avropa.info-nun məlumatına görə, ölkənin ali qanunverici orqanının ilk iclasını millət vəkillərinin ən yaşlısı - Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı açıb. 

Millət vəkili prioritet qaydada tribunadan Konstitusiyada təsbit olunmuş andın mətnini oxuyublar. 

Parlamentin ilk iclasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib və fəxri qonaqlar qutusundan andiçmə prosesini izləyib. 

Bundan sonra parlamentin yeni sədrinin seçilməsi prosesi başlayıb. 

Mayın 14-də Türkiyə parlamentinə seçkilər keçirilib. 

Seçkilərin nəticələrinə görə, 600 yerdən Ədalət və İnkişaf Partiyası 268 millət vəkili mandatı, Yenidən Rifah Partiyası - 5, MHP - 50, Yaşıllar Sol Partiyası - 61, TIP - 5, Cümhuriyyət Xalq Partiyası - 169, İYİ Partiya 43 mandat alıb.  

Seçici fəallığı 87,05 faiz təşkil edib. 

Qeyd edək ki, prezident Ərdoğanın andiçmə mərasimi şənbə günü, iyunun 3-də parlament binasında nəzərdə tutulub.


Oxunma sayı: 4555

Oxşar yazılar