İran-Pakistan sərhədində GƏRGİNLİK: Pakistan əsgərləri öldürüldü

  • 13:51 - 02 İyun

İran sərhədində silahlı hücum nəticəsində iki pakistanlı əsgər həlak olub. 

Avropa.info "Mepa News"a istinadən xəbər verir ki, İran sərhədinə yaxın ərazidə Pakistan təhlükəsizlik qüvvələrinin nəzarət-buraxılış məntəqəsinə hücum edilib. 

Pakistan ordusunun yaydığı açıqlamaya görə, silahlı qruplar Bəlucistanın Ke. Singvanda nəzarət-buraxılış məntəqəsinə atəş açan iki pakistanlı əsgər həlak olub. 

Bəyanatda həmçinin Pakistan əsgərlərinin hücumlara cavab verdiyi və silahlı qrupları dəf etdiyi bildirilib. 

Pakistan təhlükəsizlik qüvvələrinin bölgədə axtarış əməliyyatına başladığı və İran rəsmiləri ilə əlaqə saxladığı bildirilir. 

Bəluc silahlı qruplaşmalarının İran-Pakistan sərhəd xəttində fəaliyyət göstərdiyi məlumdur. Bu qrupların bəziləri İrandan Pakistana, bəziləri isə Pakistandan İrana hücumlar təşkil edir. 

Ötən gün İran əsgərləri Pakistan ərazisi üzərində hücuma məruz qalıb və 5 İran əsgəri həlak olub.


Oxunma sayı: 3609

Oxşar yazılar