İlham Əliyevlə Zelenskinin görüşündə dörd mühüm ƏHƏMİYYƏTLİ DETAL- ŞƏRH

  • 13:44 - 02 İyun

Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü bir neçə səbəbdən əhəmiyyətlidir. 

Avropa.info xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

Onun sözlərinə görə, birincisi, bu görüş Azərbaycanın Ukraynanın ərazi bütövlüyünün bərpası və işğala son qoyulması istəyini tərənnüm etdirir: 

"İkincisi, Azərbaycan dost Ukraynaya humanitar yardımlarını davam etdirəcək. Üçüncüsü, Azərbaycan Ukraynaya daha çox yanacaq verməyə hazırdır. Dördüncüsü, müharibədə valideynlərini itirən ukraynalı uşaqların Azərbaycanda dincəlmələri davam etdiriləcək". 

Elxan Şahinoğlu qeyd edib ki, Ermənistan Ukraynaya yardım etmir: "Halbuki, Ukraynada müharibəyə qədər azərbaycanlılarla ermənilərin sayı faktiki eyni idi. Ancaq müharibə zamanı Ermənistan Rusiyanın qorxusundan Ukraynaya yardım etməyib. Azərbaycanın Ukraynaya yardımı Vaşinqton tərəfindən də yüksək qiymətləndirilib. Prezident Volodimir Zelenski müharibədən sonrakı dövrdə Azərbaycanın Ukraynadakı investisiya layihələrində fəal iştirakını arzuladığını bildirib. İnşallah, bu da olacaq".

Xatırladaq ki, iyunun 1-də Moldovanın paytaxtı Kişineuda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü olub.

Görüşdə Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələr ətrafında fikir mübadiləsi aparıldı, Prezident İlham Əliyevin 2022-ci ilin yanvarında Ukraynaya səfəri və səfər zamanı keçirilmiş müzakirələr qeyd edilib. Azərbaycan ilə Ukrayna arasında ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Respublikasının Ukraynaya yeni səfiri təyin olunub və səfir tezliklə fəaliyyətə başlayacaq.

Prezident Volodimir Zelenski Azərbaycanın Ukraynaya humanitar yardımlarına, ukraynalı uşaqlara göstərilən qayğıya və onların Azərbaycana səfərlərinin təşkil olunmasına görə təşəkkürünü bildirdi və bunun çox yüksək qiymətləndirildiyini deyib.

Söhbət zamanı Azərbaycanın və Ukraynanın beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsi məmnunluqla qeyd olunub.


Oxunma sayı: 3752

Oxşar yazılar