Antalyaya hava yolu ilə 3 milyon 405 min turist gəlib

  • 13:42 - 02 İyun

Bu il Antalyaya hava yolu ilə gələn turistlərin sayı 3 milyon 405 min 458 nəfərə çatıb. 

Avropa.info xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, turizm mövsümünü açan şəhərdə müxtəlif ölkələrdən gələn turistlər istirahətdən zövq alırlar. Antalya dənizi, qumu, günəşi, təbii gözəllikləri, tarixi və mədəni dəyərləri ilə turistlərin diqqətini çəkir. 

Ötən il yanvarın 1-dən mayın 31-dək hava yolu ilə 2 milyon 422 min 349 qonaq gələn şəhərə bu ilin eyni dövründə 3 milyon 405 min 458 turist gəlib. 

Hava yolu ilə gələn turistlərin sayına görə liderlər siyahısına Almaniya (827 min 618 nəfər), Rusiya (783 min 737 nəfər) və İngiltərə (352 min 184 nəfər) başçılıq edir. 

Aşağıdakı yerləri Polşa, Hollandiya, Litva, Qazaxıstan, İsrail, Belçika və Ukrayna tutur.


Oxunma sayı: 3081

Oxşar yazılar