CIA-ya daha bir ulduz əlavə olundu: Diqqət çəkən Rusiya DETALI

  • 13:38 - 02 İyun

CIA-nin vəzifə yerinə yetirərkən öldürülən hər bir agent üçün qoyduğu ulduzların sayı 1 artaraq 140-a çatıb. Yeni ulduz Rusiyanın Ukraynanın paytaxtı Kiyevdəki qərargahını vurduqdan sonra gəlib. 

Avropa.info xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) “Ulduzlar qəbiristanlığı” kimi tanınan memorialı CIA-nin Virciniyadakı baş qərargahı olan Lenqlidə yerləşir. 

Memorial xidməti vəzifələrini yerinə yetirərkən həyatını itirən CIA agentlərinin xatirəsini yad etmək üçün xüsusi olaraq tikilib. 

Mərkəzi Kəşfiyyat İdarəsi vəzifə borcunu yerinə yetirərkən həlak olan hər bir agenti abidənin üzərinə ulduz qoyaraq şərəfləndirir. Ulduzlar abidənin divarlarına əlavə olunur və agentlərin adları ilə birlikdə abidənin daimi hissəsinə çevrilir. 

CIA-nin Ulduzlar Qəbiristanlığına daha bir ulduz əlavə edilib. Bununla belə, ulduzların sayı 140-a yüksəldi. Yeni əlavə Rusiyanın Ukraynanın paytaxtı Kiyevdəki Hərbi Kəşfiyyat Qərargahını vurmasından sonra edilir. 

Daha əvvəl Rusiya Mariupolu ələ keçirəndə də əlavə edilib.


Oxunma sayı: 3367

Oxşar yazılar