Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirildi - FOTO

  • 19:31 - 01 İyun

1 iyun 2023-cü il tarixdə Sumqayıt şəhərində yerləşən 28 May Mədəniyyət evində Qubadlı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirildi. Tədbirdə Qubadlı rayon İcra Hakimiyyəti başçısının müavini Xoşqədəm Alıyeva, Qubadlı rayon DİİXİ Həmkarlar Komitəsininsədri İsa Ağayev, rayon Qadınlar Şurasının sədri Nuriyyə Hüseynova, RİH-in məsul işçiləri, şəhidlərin, qazilərin övladları, eyni zamanda qayğıya ehtiyac olan uşaqlar, məktəbli uşaqlar və onların valideynləri iştirak edirdilər.

Tədbirdə çıxış edən Qubadlı rayon İcra Hakimiyyəti başçısının müaviniXoşqədəm Alıyeva 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün uşaqları təbrik etdi, onlara cansağlığı, sağlam həyat tərzi, gözəl təhsil və xoşbəxt gələcək arzuladı.

Qeyd olundu ki, dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü hər il qeyd edilir. Qeyd olundu ki, ölkəmizdə insanların, o cümlədən uşaqların rahat və xoşbəxt yaşamaları üçün dövlət tərəfindən mütəmadi olaraq işlər görülür. Uşaqların hüquqlarının qorunması, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin prioritet istiqamətlərindən birini təşkil edir. Ulu Öndərin “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır” fikri bu siyasi kursun əsas özəyini təşkil edir. Minnətdarlıqla qeyd edildi ki, həmin siyasət bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan uşaqlarına qayğı bu gün də diqqət mərkəzindədir. Prezident İlham Əliyev uşaqların sağlam və firavan böyüməsini, onların rifahının yüksəldilməsini dövlət siyasətinin başlıca vəzifələrindən biri kimi müəyyən edib. Prezident İlham Əliyevin Sərəncamı ilə 2009-cu ilin “Uşaq ili” elan edilməsi də bu sahəyə diqqətdən xəbər verir. Bu həm də onu göstərir ki, Azərbaycan dövləti uşaqların sabahı üçün böyük tədbirlər görür.Bu istiqamətdə sivil qanunvericilik bazası yaradılmışdır. Bu gün Azərbaycanda uşaq hüquqlarının konstitusion qaydada qorunması təmin edilmişdir. Ölkəmiz bu sahədə beynəlxalq konvensiyalara qoşulmuşdur.

Şəhid ailələrinin üzvləri dövlətin hər cür diqqət və qayğısı ilə əhatə olunur, xüsusilə şəhid övladlarına hərtərəfli qayğı göstərilir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqların qayğısız yaşamaları üçün göstərdiyi fəaliyyət xüsusilə qeyd edildi. Ulu Öndərin xatirəsinə ehtiram olaraq yaradılan Heydər Əliyev Fondu böyük rəhbərin bu sevgisini, humanist ideyalarını layiqincə yaşadır. Fondun Prezidenti Mehriban Əliyeva “Uşaqlara yaxşılıq nə qədər çox olsa, yenə azdır” devizini tutaraq, çox sadə bir mərama söykənib: ”Azərbaycan uşaqlarını bəxtəvər görmək.”

Uşaqlara diqqət və qayğı rayon rəhbərliyinin fəaliyyətində əsas yerlərdən birini tutur. Məcburi köçkünlük ömrü yaşayan qubadlılı uşaqların təhsili, yaşayışı üçün normal şəraitin yaradılması rayon rəhbərliyinin gündəlik nəzarətindədir. Rayonda məktəb tikintisi sahəsində, təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində, eləcə də məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması yönündə genişmiqyaslı işlər bunun bariz nümunəsidir. Rayonda uşaq hüquqları sahəsində maarifləndirmə tədbirlərinin təşkili də ənənə halını almışdır.

Qubadlı rayon İcra Hakimiyyəti tərəfindən şəhid və qazi övladlarına, sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verildi.

Sonra tədbir Qubadlı rayon Vasili Əliyev adına Mədəniyyət evi və Mahmudlu kənd Mədəniyyət evlərinin özfəaliyyət kollektivlərinin hazırladığı musiqili əyləncəli konsert proqramı ilə, nağıl qəhrəmanlarının, şən klounların iştirakı ilə davam etdirildi.

 

 

 

 

 

 

 

 

 


Oxunma sayı: 3257

Oxşar yazılar