ŞOK: Meksikada uçurumun kənarında 45 torba insan cəsədi tapıldı

  • 13:28 - 02 İyun

Meksikada uçurumun kənarında 45 torba insan cəsədi tapılıb. Meyitlərlə bağlı araşdırmalar davam edir. 

Avropa.info xəbər verir ki, Meksikanın hakimiyyət orqanları qərbdəki Qvadalaxara şəhərində uçurumun kənarında 45 torbada insan cəsədi tapıblar. 

Xalisko əyalət prokurorluğu keçən həftə çağrı mərkəzinin yeddi gənc işçisinin itməsi ilə bağlı axtarışlara başlayıb. 

Torbalarda tapılan cəsədlərin dəqiq sayı hələ bilinməsə də, onların içərisində həm kişi, həm də qadın olduğu bildirilib. 

Çətin ərazi və zəif işıqlandırma şəraiti səbəbindən axtarışların daha bir neçə gün davam edəcəyi gözlənilir. 

Yanğınsöndürmə və mülki müdafiə qrupları ilə yanaşı, polis də meyitləri toplamaq üçün birgə işləyir.


Oxunma sayı: 2971

Oxşar yazılar