Baydenin yenidən yıxılması gündəm oldu - VİDEO

  • 20:34 - 02 İyun

ABŞ prezidenti Co Baydenin yaşı ilə bağlı mübahisələr o, prezident seçilməzdən əvvəl də tez-tez olurdu. Prezident seçildikdən sonra da yaşadığı bəzi hadisələr müzakirənin gündəmdən düşməsinə imkan vermir. 

Avropa.info xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələri Akademiyasının Koloradoda keçirilən buraxılış mərasimində çıxış edən Bayden alqışlarla səhnəni tərk edərkən qəfil yerə yıxılıb. Mühafizəçilərinin köməyi ilə yenidən ayağa qalxan Baydenin görüntüsü kameraya əks olunarkən, tədbirə gələnlərin gülüşləri diqqət çəkib. 80 yaşlı Baydenin yıxıldıqdan sonra yerdəki qum torbalarını göstərdiyi görülərkən, sosial mediada həmin anlar gündəmə gəlib. 

Ağ Evin Kommunikasiya Koordinatoru Ben LaBolt Twitter-də Baydenin yaxşı olduğunu və prezident əl sıxarkən səhnədə yumruq torbası olduğunu söyləyib.

Bayden keçən il Delaverdəki evinin yaxınlığında velosiped sürərkən ona səslənən jurnalistlərə əl yelləyərkən velosipedindən yıxılıb. 

İlk oxşar görüntü 2021-ci ildə yaşanıb. Air Force One təyyarəsinə minərkən ard-arda 3 dəfə yıxılan ABŞ-ın 46-cı prezidenti həm Amerika, həm də beynəlxalq mətbuatın gündəmində idi. 

Keçən apreldə 2024-cü il prezident seçkiləri üçün namizədliyini 3 dəqiqəlik video mesajı ilə açıqlayan Bayden, "İndi biganə qalmağın vaxtı deyil, ona görə də yenidən seçilmək üçün namizədliyimi irəli sürürəm" deyib. 


Oxunma sayı: 4588

Oxşar yazılar