
Azərbaycanda uşaq pulunun verilməsi ilə bağlı RƏSMİ AÇIQLAMA
- 12:03 - 02 İyun
"Uşaq pulu məsələsinə biz ünvanlı müavinət olaraq baxırıq. Bu gün 615 min uşaq müavinət alır".
Avropa.info trend-ə istinadən xəbər verir ki, bu barədə bu gün əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov ƏƏSMN tərəfindən 5 il ərzində görülən işlərə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, ona görə də bu məsələ hazırda ayrıca olaraq müzakirə olunmur.