Müdafiə Nazirliyi: Çin Tayvanla birləşmək üçün güc tətbiqini istisna etmir

  • 18:31 - 02 İyun

Çinin müdafiə naziri Li Şanqfu deyib ki, Pekin Tayvanla birləşmək üçün “gücdən istifadəni istisna etmir”. 

Avropa.info xəbər verir ki, bunu çinli nazir “Şanqri-La Dialoq” Asiya Təhlükəsizlik Sammiti çərçivəsində Sinqapurun müdafiə naziri Nq Enq Hen ilə danışıqlarda deyib. 

Danışıqlar zamanı Li Çinin Tayvanla sülh yolu ilə nizamlanmasının tərəfdarı olduğunu, lakin lazım gələrsə, güc tətbiqini “tamamilə istisna etmir”, Çin Müdafiə Nazirliyinin sözçüsü Tang Kefei bildirib. 

Li digər ölkələrin suverenlik məsələsində Tayvanın Demokratik Tərəqqi Partiyasına (DPP) dəstəyini qəbuledilməz adlandırıb.


Oxunma sayı: 3191

Oxşar yazılar