Moldovada mülki təyyarələrin uçuşlarına qoyulan məhdudiyyətlər aradan qaldırıldı

  • 17:33 - 02 İyun

Moldova hakimiyyəti Avropa Siyasi Birliyinin respublikada keçirilən sammiti zamanı qüvvədə olan mülki təyyarələrin uçuşlarına qoyulan məhdudiyyətləri aradan qaldırıb. 

Avropa.info xəbər verir ki, bu barədə Kişinyov Beynəlxalq Hava Limanının saytında dərc olunmuş məlumatda deyilir. 

Report xəbər verir ki, cümə günü səhər hava limanı Dublin, Antalya və İrəvandan təyyarələri qəbul edib. 

Bundan əvvəl Avropa Siyasi Birliyinin Kişinyovda keçirilən sammiti ilə əlaqədar Moldova hakimiyyəti mayın 31-i axşamdan iyunun 2-si səhərədək səmanı bağlayıb, bütün təyyarələrin, o cümlədən pilotsuz təyyarələrin uçuşlarına qadağa qoyub. 

Paytaxt hava limanı yalnız görüşə gələn rəsmi nümayəndə heyətlərinin təyyarələrini qəbul edib.


Oxunma sayı: 3455

Oxşar yazılar