İmran Xandan XƏBƏRDARLIQ: Nüfuzuna dəyən ziyana görə 5,8 milyon dollar tələb edəcək

  • 15:33 - 02 İyun

Pakistanın keçmiş baş naziri İmran Xan korrupsiya və çirkli pulların yuyulması ittihamı ilə həbs olunduqdan sonra Milli Hesabatlılıq Bürosunun (NAB) rəhbərini böhtan və nüfuzuna xələl gətirdiyinə görə 15 milyard rupi (5,8 milyon dollar) tələb etmək niyyətindədir. 

Avropa.info xəbər verir ki, bu barədə Pakistanın keçmiş baş naziri öz Twitter səhifəsində yazıb. 

“Mən ona hüquqi xəbərdarlıq etdim. Mənim həbsimlə bağlı order konstitusiyaya və qanuna zidd olaraq verilib. Ali Məhkəmənin binasında kobud zorakılıqla həyata keçirilən qanunsuz və əsassız həbs məni böhtan atmaq məqsədi daşıyıb, nüfuzuma mənfi təsir göstərib. Ona görə də mənim diffamasiya işi açmağa tam haqqım var”, - deyə o qeyd edib. 

İmran Xan mayın 9-da NAB tərəfindən verilən həbs qərarı əsasında həbs edilib. Siyasətçi korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunub. 

Xanın həbsi ölkənin böyük şəhərlərində kütləvi etirazlara səbəb oldu, 4000-dən çox etirazçı saxlanıldı və 10 nəfər öldürüldü. Mayın 12-də Xan zaminə buraxılıb.


Oxunma sayı: 3565

Oxşar yazılar