Şarl Mişel Azərbaycan və Ermənistan liderlərinin növbəti görüşünün yerini və tarixini AÇIQLADI

  • 11:55 - 02 İyun

Moldovada cümə axşamı Avropa Siyasi Birliyinin II Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında üçtərəfli qeyri-rəsmi görüş keçirilib. 

Avropa.info xəbər verir ki, danışıqlar Almaniya kansleri Olaf Şolts və Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə beştərəfli formatda davam etdirilib. 

"Bu görüş iyulun 21-də Brüsseldə baş tutacaq növbəti görüş üçün çox yaxşı hazırlıq idi", - Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel görüşdən sonra bildirib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts və Fransa Prezidenti Emmanuel Makron arasında qeyri-rəsmi görüşün yekunlarına dair mətbuata bəyanatında, Avropa İttifaqı Şurası qeyd edib: 

“Bizim bu ilin mayında Brüsseldə müzakirə olunan məsələlərə baxmaq, rabitə, təhlükəsizlik, sərhədlərin delimitasiyası, sülh sazişi ilə bağlı müzakirələr aparmaq imkanımız oldu. Bu o deməkdir ki, biz çox çalışırıq”. 

Şarl Mişel münasibətlərin normallaşmasına yönəlmiş bütün müsbət səyləri dəstəklədiyini, həmçinin prezident Əliyevi, baş nazir Paşinyanı, kansler Şoltsu və prezident Makronu İspaniyada keçiriləcək Avropa Siyasi Birliyinin sammiti çərçivəsində bir daha görüşə dəvət etmək niyyətini bildirib.


Oxunma sayı: 2993

Oxşar yazılar