
Tbilisi prospektində həyəcanlı anlar - sürücünün ürəyi tutdu, maşın avtobusa çırpıldı - VİDEO
- 10:54 - 02 İyun
Tbilisi prospekti ilə Əbdülvahab küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Avropa.info-ya verilən məlumata görə, minik avtomobilində sürücünün sükan arxasında ürəktutması səbəbindən avtomobil idarəetmədən çıxaraq avtobusa çırpılıb.
Qəza nəticəsində Tbilisi prospektindən mərkəz istiqamətinə sıxlıq muşahidə olunur.