Aİ Moldovaya 87 milyon avro dəyərindən hərbi yardım ayırdı

  • 12:25 - 01 İyun

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi Cozef Borrell Kişinyovda Moldovaya 87 milyon avro dəyərində qeyri-öldürücü hərbi yardım ayrıldığını elan edib. 

Avropa.info xəbər verir ki, Borrell Aİ-nin mülki tərəfdaşlıq missiyası EUPM Moldova-nın Moldova paytaxtında açılış mərasimində deyib.

"Avropa Sülh Fondu Moldovanın müdafiə sektorunda milli təhlükəsizliyin, sabitliyin və dayanıqlığın gücləndirilməsi üçün 87 milyon avroluq qeyri-öldürücü yardım göstərəcək", -  deyə o bildirib. 

Aİ diplomatiyasının rəhbəri qeyd edib ki, söhbət öldürücü silahlardan getmir, Moldova ordusunun maddi-texniki təchizat və təşkilatlanmaya ehtiyacı var. "Onun silah olmayan çox şeyə ehtiyacı var və bu, 87 milyon avroluq dəstəklə təmin ediləcək", Borrell qeyd edib. 

Aprelin 24-də Aİ Şurası “təhlükəsizlik sektorunun dayanıqlığını gücləndirmək üçün” Moldovada Aİ-nin mülki missiyasının yaradıldığını elan edib.


Oxunma sayı: 2905

Oxşar yazılar