Türkiyənin Sivas şəhərində güclü yağışlar: “Kılıçkaya” su anbarının qapaqları açıldı - FOTO

  • 22:30 - 01 İyun

Türkiyənin Sivas vilayətinin Suşehri rayonunda son həftələr yağan güclü yağışlar fonunda “Kılıçkaya” su anbarı dolub. 

Avropa.info xəbər verir ki, suyun səviyyəsi 100 faizə çatıb və Suşehri şəhərindən 25 km aralıda yerləşən bəndin qıfıllarının açılması qərara alınıb. 

Türkiyənin Su İdarəsi iki su anbarının kilidinin açıldığını təsdiqləyib. 

Kelkit çayı üzərindəki Kılıçkaya SES-dən bənd 1980-1990-cı illərdə tikilib.


Oxunma sayı: 3686

Oxşar yazılar