Trampa potensial alternativ: ABŞ-ın keçmiş vitse-prezidenti seçki yarışına hazırlaşır

  • 15:30 - 01 İyun

Donald Tramp administrasiyası dövründə ABŞ-ın keçmiş vitse-prezidenti Mayk Pens 2024-cü il prezidentlik yarışına girməyə hazırlaşır və gələn həftə kampaniyanın başlandığını elan edəcək. 

Avropa.info xəbər verir ki, bu barədə "Reuters"ə iki məlumatlı mənbə bildirib. 

Mənbələr bildiriblər ki, Pens kampaniyasına iyunun 7-də video və çıxışla başlayacaq. 

Mühafizəkar baxışları ilə tanınan Pens prezident olduğu müddətdə Trampı dəstəkləyib. Lakin Trampın 2020-ci il seçkilərindəki məğlubiyyətindən sonra o, keçmiş prezidentdən uzaqlaşaraq, Kapitola hücum edənləri təşviq etməsinin onu və ailəsini risk altına atdığını söyləyib. 

63 yaşlı Mayk Pens təcrübəli siyasətçidir, əvvəllər ABŞ Konqresinin Nümayəndələr Palatasında Respublikaçılar Partiyasının lideri olub və İndiana ştatının qubernatoru seçilib. Onu Trampa potensial alternativlərdən biri adlandırırlar. 

İndi ABŞ-ın keçmiş prezidenti Respublikaçılar Partiyasının ən yüksək vəzifə uğrunda mübarizə niyyətlərini elan etmiş və ya açıqlaya biləcək digər üzvlərinin sorğularında əhəmiyyətli dərəcədə irəlidədir: Trampın reytinqi 53%, Pens isə cəmi 4% təşkil edir. 

Hazırda o, Trampdan sonra ikinci reytinqə malikdir və Respublikaçılar Partiyasının prezidentliyə namizədliyi uğrunda onun əsas rəqibi hesab olunur.


Oxunma sayı: 3565

Oxşar yazılar