Tramp Rusiya-Ukrayna müharibəsi ilə bağlı VƏD VERDİ: ABŞ-ın keçmiş prezidenti amansız mübarizəyə hazırlaşır

  • 17:00 - 31 May

ABŞ-ın 45-ci prezidenti Donald Trampın reytinqi artmaqda davam edir. Tramp prezident Baydenlə mübarizəyə hazırlaşır. Doğrudur, bunun üçün Tramp Respublikaçı Partiyanın əsas namizədi seçilməli və partiyadaşlarıyla mübarizədə ilkin seçkinin qalibi olmalıdır. Rəy sorğuları göstərir ki, Tramp partiyadakı rəqiblərini xeyli üstələyir. Misal üçün “Morning Consult” şirkətinin araşdırmasına görə, Trampla respublikaçı əsas rəqibi – Florida ştatının qubernatoru Ron Desantis arasında 43 faizlik fərq var. Yəni Trampa 61 faizlik dəstək varsa, Desantisə dəstək cəmi 18 faiz civarındadır. Buna baxmayaraq, Desantis Trampla gələcək mübarizəyə hazırlaşır.

Avropa.info xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Trampı sərt çıxışları yenidən məşhurlaşdırıb. "Tramp sadə amerkiların eşitmək istədiklərini deyir. Misal üçün Tramp deyir ki, o prezident olarsa, Rusiya-Ukrayna müharibəsini bitirəcək və ya Çin Tayvan ələ keçirə bilməyəcək. Trampın fikrincə, Pekin Vaşinqtonun şərtlərini qəbul edəcək. Tramp Rusiya prezidenti Vladimir Putinlə və Çin lideri Tsi Cinpinlə dil tapacağını vurğulayır. Halbuki, ABŞ-la Çin arasında münasibətlərdə gərginlik məhz Trampın prezidentliyi dövründə başlamışdı və Ağ Evin o zamankı sahibi Çinə qarşı sərt sanksiyalar tətbiq etmişdi. Co Bayden bu siyasəti davam etdirmək məcburiyyətində qalıb. Çin Tayvanı ələ keçirmək istəyərsə, Trampın Pekini necə saxlayacağı sual doğurur. Tramp prezidentliyi dövründə Şimali Koreyanın diktator liderini nüvə silahından imtinaya inandıra bilmədi. O bunu bacarmadısa, Pekini Tayvandan imtinaya necə inadıracaq?, - deyə politoloq əlavə edib.

Elxan Şahinoğlunun sözlərinə görə, ABŞ-ın “The Hill” dərgisində yayımlanan məqalədə Tramp Respublikaçı rəqibləriylə amansız mübarizəyə hazırlaşır və qələbə çalacağına əmindir. Tramp istənilən rəqibi ilə televiziyalarda debat aparmağa hazır olduğunu bildirib: "Ümumiyyətlə, Tramp son aylarda müsahibələrin sayını artırıb, hətta vaxtilə onu tənqid edən kanallarda da çıxışlar edir. Prezident seçkisi yaxnlaşdıqca Tramp fəallığını daha da artıracaq. Tanınmış respubkaçı senatorlar, o cümlədən vaxtilə partiyalarından prezidentliyə iddalı olan Marko Rubio və Ted Kruz da Trampı dəstəkləməyə hazırdılar. Görünür, hər iki senator bununla Trampın qələbəsi halda müxtəlif vəzifələrə ümid edirlər".

Onun sözlərinə görə, Ağ Evin hazırki sahibi Co Baydenin reytinqi yüksək deyil. "Baydenin fiziki halı və çıxışları zamanı səhvləri amerikalıları narahat edir. Ona görə də gələcək seçkidə Trampın şansları yüksək sayıla bilər. Trampa mane ola biləcək amillərdən biri ona qarşı hər hansı məhkəmə çəkişməsi ola bilər. Ancaq Tramp bu kimi sınaqlardan uğurla çıxa bilən siyasətçidir. Amerika tarixində adətən bir dəfə prezident olan sonrakı illərdə iddiasını ortaya qoymur. Özü də Tramp prezidentliyini davam etdirmək üçün rəqibi Baydenə məğlub olub. Buna baxmayaraq, Tramp ənənəvi siyasətçilərdən deyil və gələcək mübarizəyə köklənib, - deyə yekunlaşdırıb.


Oxunma sayı: 2762

Oxşar yazılar