
“Qalatasaray” yenidən Türkiyə çempionu oldu
- 16:29 - 31 May
İstanbulun "Qalatasaray" klubu Türkiyə Futbol Çempionatının qalibi olub.
Avropa.info xəbər verir ki, klub tarixində 23-cü dəfə ölkənin ən yaxşı komandası adını qazanıb.
“Qalatasaray” ölkə çempionatının bitməsinə bir tur qalmış 2022/2023 mövsümündə birinci yeri təmin edib.
Klub 36-cı turda səfərdə Ankaragücü üzərində 4:1 hesablı qələbə qazanıb.
"Qalatasaray"ın 82 xalı var ki, bu da onu 5 xal qabaqladığı "Fənərbaxça"nı əlçatmaz edib.