Paşinyandan Kremlin hər səfər çağırışına “əmr edərsiniz” CAVABI: Moskva erməni baş nazirdən hesabat istəyəcək - ŞƏRH

  • 10:48 - 30 May

Bugünlərdə Moskvadan qayıdan Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 7-də yenidən Rusiyaya iki günlük səfər edəcək. 

Avropa.info xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib.

O qeyd edib ki, Nikol Paşinyan son Moskva görüşündən narazı qaldığını gizlətməyib. 

"Onu narazı salan Kremlin Laçında sərhəd-keçid məntəqəsinin yaradılmasıyla bağlı Bakıya təzyiq etməməsidir. Buna baxmayaraq, Paşinyan Kremlin hər səfər çağırışına “əmr edərsiniz” deyib Rusiyaya yollanır. Nikol Paşinyan iyunun 1-də Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək, vasitəçi Brüssellə yanaşı, Paris və Berlin olacaq. Görünür, Kreml Paşinyandan bu görüşün hesabatını istəyəcək. Paşinyan Kremli rahatlatmaq üçün bəri başdan deyib ki, Kişinyovda sülh sazişi imzalanmayacaq", - deyə Elxan Şahinoğlu qeyd edib.


Oxunma sayı: 3015

Oxşar yazılar