Azərbaycanda çimərlikdə mina aşkarlandı

  • 18:34 - 29 May

Lənkəranda Xəzər dənizinin sahilində mina tapılıb.

Avropa.info report-a istinadən xəbər verir ki, mina sahil zolağında, çimərlik ərazisində aşkar olunub.

Əraziyə mütəxəssislər cəlb edilib. İnsanlar təxliyə edilməklə təhlükəsizlik tədbirləri görülüb və mina zərərsizləşdirilib.

Qeyd edək ki, ərazidə vaxtilə sovet ordusuna aid hərbi hissə yerləşib. Dənizdə su səviyyəsi artdıqdan sonra ərazi su altında qalıb. Artıq bir neçə ildir ki, bu ərazilər quruduqca minalar aşkar edilərək müvafiq qurumların əməkdaşları tərəfindən zərərsizləşdirilir.


Oxunma sayı: 2674

Oxşar yazılar