
Ağdam istiqamətində yerləşən mövqelərimiz atəşə tutuldu
- 10:04 - 29 May
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
Bu barədə Avropa.info-ya Müdafiə Nazirliyindən bildirilib.
Mayın 28-i axşam saatlarında Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri müxtəlif çaplı atıcı silahlardan atəşə tutulub.
Qeyd olunan istiqamətdə yerləşən bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.