Ərdoğanın ZƏFƏRİ dünya mediasında birinci manşet! -"Ərdoğan mübahisəsiz zəfər qazandı"

  • 23:20 - 28 May

Dünya mediası Türkiyədə keçirilən prezident seçkiləri və Ərdoğanın qələbəsindən yazır.

Avropa.info xəbər verir ki, nüfuzlu Əl-Cəzirə telekanalı  Ərdoğan seçkidə qalib gəldiyini yazıb. 

“Türkiyədə keçirilən prezident seçkilərinin ilk nəticələri Ərdoğanın aşkar qələbəsini göstərir”, - deyə Yunanıstanın In.gr. saytı yazır.

Yunanıstanın "Ta Nea" qəzeti "Böyük qalib Rəcəb Tayyib Ərdoğan" başlığı ilə oxucularının qarşısına çıxıb və seçkilərdəki qələbədən sonra Ərdoğanın Türkiyəni daha 5 il idarə edəcəyini yazıb.

Son dakika: Dünya dakika dakika takip ediyor... Türkiye seçimleri birinci manşet

Almaniyanın “Tagesspiegel” qəzeti Ərdoğanın seçki qutusundan mübahisəsiz çıxmasına diqqət çəkərək, “Prezident Rəcəb Tayyib Ərdoğan seçkilərin ikinci turunda rəqibi Kamal Kılıçdaroğlunu məğlub etdi. Türkiyəni 20 il idarə edən Ərdoğan daha 5 ildir Ankaradakı Prezident sarayındadır", yazır.

Frankfurter Rundschau qəzeti isə ikinci turun qalibinin prezident Ərdoğan olduğunu bildirərək, prezident Ərdoğanın təbrikləri qəbul etdiyini yazıb.

BBC-nin canlı bloqunda deyilir: "İlk nəticələr Ərdoğanın Türkiyə seçkilərində irəlidə olduğunu göstərir".

"Ərdoğan qeyri-rəsmi nəticələrə görə Türkiyə prezidentliyinin ikinci turunda liderdir", - Associated Press (AP) xəbər agentliyi bildirib.

"İlkin nəticələr göstərdi ki, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan müxalifətin namizədi Kamal Kılıçdaroğlunu qabaqlayır", - New York Times yazır.

“The Times of Israel” səslərin çoxunun hesablandığını və Ərdoğanın qələbəyə yaxın olduğunu yazıb.

İlk nəticələrdən sonra ABŞ-da yerləşən NBC telekanalı “Ərdoğan hakimiyyətdə qalmaqda qərarlı görünür” şərhini verib.

Son dakika: Dünya dakika dakika takip ediyor... Türkiye seçimleri birinci manşet

“Financial Times” yazır ki, Ərdoğan prezident seçkilərində liderdir.

"France 24" xəbər verir ki, "İlk nəticələr Ərdoğanın irəlidə olduğunu göstərir". “Forbes” isə “Türkiyədə səslərin sayına görə Ərdoğan liderdir” başlığını yazıb.

CNN International, "Son rəsmi səs saylarına görə Ərdoğan Kılıçdaroğlunu qabaqlayır", yazır.

“Əl-Ərəbiyyə” “Ərdoğan səslərin yarısı hesablanaraq öndədir” başlığı ilə oxucularının qarşısına çıxıb.

"Türkiyənin dövlət xəbər agentliyinin qeyri-rəsmi nəticələri göstərir ki, Ərdoğan ikinci turda irəlidədir", - ABC News bildirib.

Avropa.info


Oxunma sayı: 6029

Oxşar yazılar