SON DƏQİQƏ! Seçkilərdə zəfər qazanan Ərdoğandan ilk AÇIQLAMALAR - "Bu sevgi burada bitməz demişdik"

  • 21:19 - 28 May

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Kısıklıda 2-ci tur prezident seçkilərindəki qələbədən sonra bayram edən xalqa müraciət edib.

Avropa.info xəbər verir ki, Ərdoğan qazandığı qələbəyə görə xalqa təşəkkür edib.

""Biz İstanbulu çox sevirik. İstanbullan yola düşdük, İstanbulla davam edirik. Maşallah, bu gün Kısıklı başqadır. Üsküdar başqadır. İstanbul başqadır. Əziz dostlarım və həmkarlarım, sizi ən səmimi hisslərimlə salamlayıram. Prezident seçkilərinin ikinci turunu millətimizin xeyrinə başa vurduq. Mən özlərinin və övladlarının gələcəyi üçün seçkiyə gedən, iradəsini ortaya qoyan bütün vətəndaşlarıma təşəkkür edirəm.

Təşkilatımızın bütün üzvlərini, qadın və gənclər təşkilatlarımızı, könüllü olaraq seçkinin rahat keçməsinə səbəb olan hər kəsi təbrik edirəm. Qadınlarımızı təbrik edirəm, gənclərimizi təbrik edirəm və AK Partiya davasına könül vermiş bütün bacı-qardaşlarımı təbrik edirəm. 2-ci turda daha yüksək səs göstəriciləri ilə səs verməyə gedən hər kəsə təşəkkür edirəm. Qarşıdakı 5 ildə ölkəni idarə etmək məsuliyyətini öz seçimi ilə bir daha bizə çatdıran millətimizin hər bir üzvünə təşəkkür edirəm. Ümid edirik ki, etimadınıza layiq olacağıq. Mən nə dedim; "Bazara qədər yox, məzara qədər birlikdə olacağıq. Bu sevgi burada bitməz" dedik. İndi baxın, “bay bay Kamal bəy” deyirlər. Həmişə “Türkiyə bizə əmanətdir, biz Türkiyəyə əmanətik” deyirdik. İstəsəniz 3-cü adı da bura əlavə edə bilərik. Bay bay bay Kamal".


Oxunma sayı: 5534

Oxşar yazılar