Bakıda Atatürk parkında Ərdoğana dəstək yürüyüşü keçirilir - VİDEO

  • 21:19 - 28 May

Bakıda Atatürk parkında Ərdoğana dəstək yürüyüşü keçirilib.

Xatırladaq ki, Türkiyədə yerli vaxtla saat 08:00-da prezident seçkilərinin ikinci turu başlayıb. Səsvermə yerli vaxtla saat 17:00-də başa çatıb.

Prezident seçkilərinin ikinci turunda ölkənin hazırki prezidenti Rəcəb Tayyib Ərdoğan və Cumhuriyyət Xalq Partiyasının sədri (CHP) Kemal Kılıçdaroğlu iştirak ediblər.

May ayının 14-də keçirilən seçkilərin birinci turunda prezident Rəcəb Tayyib Ərdoğan 49,5%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kemal Kılıçdaroğlu 44,89% səs, Ata İttifaqı namizədi Sinan Oğan 5,47% səs Memleket Partiyasının namizədi Muharrem İnce isə 0,44 % səs toplayıblar.

Xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşları seçkilərin ikinci turunda may ayının 20-22-dək səsvermədə iştirak ediblər.


Oxunma sayı: 3279

Oxşar yazılar