Bu marşrutun sərnişinlərinə şad xəbər - Avtobuslar yeniləndi - FOTO

  • 23:56 - 26 May

Vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətlərinin göstərilməsi, bu sahədə qanunvericiliyin tələblərinin qorunması məqsədi ilə 77 nömrəli müntəzəm marşrut xətti (Yeni Yasamal, Ə.Əhmədov küçəsi-M.F.Axundov bağı) üzrə sərnişindaşımalarının keyfiyyəti yaxşılaşdırılacaq.

Bu barədə Avropa.info-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, agentliyin tələbinə uyğun olaraq 01.06.2023-cü il tarixindən etibarən 77 nömrəli marşrut üzrə sərnişindaşımalar "Faiqoğlu" MMC-yə məxsus, müasir standartlara uyğun sərnişindaşıma tələblərinə cavab verən böyüktutumlu (12 metrlik) avtobuslar fəaliyyət göstərəcək. Həmçinin avtobuslarda ödəniş nağdsız qaydada BakıKart vasitəsi ilə həyata keçiriləcək.

Məlumat üçün qeyd edək aparılan təhlillər əsasında 77 nömrəli müntəzəm marşrutun istismarında nöqsanlar aşkarlanıb. Həmçinin ötən müddətdə sərnişinlərdən marşrutun fəaliyyəti ilə bağlı şikayət xarakterli çoxsaylı müraciətləri daxil olub.

 

 


Oxunma sayı: 5743

Oxşar yazılar