ABŞ-da Türk Evinə hücumda iştirak edən şəxslər saxlanıldı

  • 20:50 - 26 May

Nyu-Yorkda Türk Evinə edilən hücumda iştirak edən Amerika polisi tərəfindən ələ keçirilib. 

Avropa.info bildirir ki, “Anadolu” agentliyinin mənbələrə istinadən verdiyi məlumata görə, Nyu-York Polis İdarəsi mayın 26-da səhər saatlarında şübhəli şəxsi saxlayıb. 

Mayın 22-də yerli vaxtla saat 03:14-də Nyu Yorkdakı Türk Evinə hücum edən R.A.-nın istintaqı davam edir. 

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ səlahiyyətlilərindən insidentin araşdırılmasını istəyib. 

Öz növbəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ankara ABŞ-dan Nyu-Yorkdakı Türk Evinə hücumda iştirak edənləri tez bir zamanda müəyyən etməyi və Türkiyə diplomatik missiyalarına lazımi müdafiəni təmin etməyi gözləyir. 

Türkiyənin Nyu-Yorkdakı baş konsulu Reyhan Özgür “Anadolu” agentliyinə bildirib ki, hadisə yerli vaxtla saat 03:14-də baş verib. Onun sözlərinə görə, naməlum şəxs konsulluğun giriş qapısını və pəncərələri lomla zədələyib. 

“Nyu-York Polis Departamentinə hadisə barədə dərhal məlumat verilib və hadisə yerinə polis qrupu gəlib. Hücum edən şəxs hücumda istifadə etdiyi lomu geridə qoyaraq hadisə yerini tərk edib. Hadisəni törədənin tutulmasını gözlədiyimizi yerli hakimiyyət orqanlarına bildirdik”, - Özgür bildirib. 

Türk Evinin binasında Türkiyənin BMT yanında Daimi Nümayəndəliyi və Türkiyənin Baş Konsulluğu da yerləşir. 

Eyni ərazidə bir çox ölkələrin, o cümlədən ABŞ-ın daimi nümayəndəlikləri və baş konsulluqları fəaliyyət göstərir.


Oxunma sayı: 2707

Oxşar yazılar