Quzey Kıbrıs İƏT Səhiyyə Nazirləri toplantısında müşahidəçi üzv kimi təmsil olunub

  • 16:47 - 26 May

Quzey Kıbrıs Türk Cümhuriyyətinin  (KKTC) səhiyyə naziri Gürçağ Altuğra Cenevrədə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 5-ci Səhiyyə Nazirləri toplantısında müşahidəçi üzv kimi iştirak edib.

Avropa.info xəbər verir ki, Altuğra çıxışında KKTC olaraq toplantıya qatılmaqdan qürur duyduqlarını bildirib. Əhəmiyyətli beynəlxalq təşkilat kimi tanınan və fəaliyyəti ilə böyük təcrübə toplayan İƏT-in ortaq mədəniyyəti, dini, ənənənələrə sadiq olduğunu vurğulayan Altuğra bildirib ki, "İƏT ticarət, nəqliyyat infrastrukturu, sənaye əməkdaşlığı, turizm və ətraf mühitin mühafizəsi sahələrində əməkdaşlığı inkişaf etdirmək potensialına malikdir. Təbii resurslara, investisiyalara, texnologiyaya və sərvətlərə çıxış üçün artan rəqabəti nəzərə alaraq. Qlobal qarşıdurmaların artdığı bir mühitdə xarici bazarlar, İƏT üzvü və müşahidəçi dövlətlər olaraq səylərimizi və təcrübələrimizi birləşdirmək bizim üçün daha vacib olur”. 

Pandemiya və müharibə dövründə sağlamlıq logistikasının əhəmiyyətini daha yaxşı başa düşdüklərini vurğulayan Altuğra, epidemiya müddətində illərlə ədalətsiz və qeyri-insani embarqolar altında yaşayan KKTC-yə dərman və tibbi ləvazimatların çatdırılmasının həyati əhəmiyyətini bir daha yaşadıqlarını söyləyib.

Pandemiya və müharibə dövründə sağlamlıq logistikasının əhəmiyyətini daha yaxşı başa düşdüklərini vurğulayan Altuğra qeyd edib ki,  pandemiya dövründə illərlə ədalətsiz və qeyri-insani embarqolar altında yaşayan KKTC-yə dərman və tibbi ləvazimatların çatdırılmasının həyati əhəmiyyətini bir daha yaşadıb.

"KKTC-də Ana Vətən Türkiyənin güclü dəstəyi, aldığımız tədbirlər və uğurlu təcrübələrimizlə COVID-19 prosesinin ən gərgin dövrlərindən xilas olduq. Pandemiyadan sonra bütün dünyada yaşandığı kimi, biz də tibbi avadanlıq böhranı yaşadıq. Bu böhrandan çıxmaq üçün apardığımız mübarizədə bizə yalnız Türkiyə dəstək olur. Bölgədəki fəlakət risklərini nəzərə alaraq, İƏT-in səhiyyə sektorundakı rolu böhranlara qarşı mübarizədə daha güclü, əməkdaşlıq və davamlı olmağın aktuallığını tələb edir. Bu mənada biz İƏT-ə üzv və müşahidəçi dövlətlər kimi təcrübəmizi bölüşməli, bütün sahələrdə tərəfdaşlığımızı gücləndirməliyik", - deyə nazir vurğulayıb.

Qeyd edək ki, Türkiyə, İran, Pakistan, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Əfqanıstanın üzv olduğu İƏT-in 5-ci Səhiyyə Nazirləri toplantısı Azərbaycanın ev sahibliyi ilə BMT-nin Cenevrə ofisində 76-cı Ümumdünya Səhiyyə Təşkilatı çərçivəsində keçirilib.

İclasda üzv ölkələr İƏT regionunda səhiyyə sahəsində əməkdaşlığın artırılması üçün hazırlanmış fəaliyyət planı ilə bağlı fikirlərini bölüşüblər.

İclasın sonunda razılaşdırılan birgə bəyannamədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Kovid-19 ilə bağlı bir müddət əvvəl elan etdiyi qlobal fövqəladə vəziyyətin sona çatması ilə bağlı qərarın müsbət qarşılandığı bildirilib.

Epidemiya prosesi zamanı Kovid-19 ilə mübarizə çərçivəsində üzv ölkələrin irəli sürdüyü proaktiv tədbirlərin əhəmiyyəti vurğulanıb.

Səhiyyə ilə bağlı oxşar vəziyyətlərə qarşı regional əməkdaşlığın artırılmasının vacibliyi vurğulanıb.


Oxunma sayı: 3136

Oxşar yazılar