
Təyyarədə təhlükəli anlar: Sərnişinin qapını açması təşviş yaratdı - VİDEO
- 16:27 - 26 May
Cənubi Koreyanın Ceju adasından 194 sərnişinlə havaya qalxan "Asiana Airlines"a məxsus təyyarənin qapısı açılıb.
Avropa.info xəbər verir ki, Daegu Beynəlxalq Hava Limanı rəsmiləri tərəfindən verilən açıqlamada hadisənin təyyarə eniş edərkən baş verdiyi və təyyarənin hava limanına təhlükəsiz eniş etdiyi bildirilib.
"Yonhap" xəbər agentliyinin məlumatına görə, bəzi sərnişinlər xəstəxanalara aparılıb, qapını açan şəxs həbs edilib.
Açıqlamaya görə, hadisə nəticəsində xəsarət alan olmayıb, bəzi sərnişinlər panika və nəfəs darlığı şikayətləri ilə xəstəxanalara sövq edilib. Polisin daha sonra verdiyi açıqlamada qapının 30 yaşlarında bir kişi tərəfindən açıldığı bildirilib. "Yonhap" xəbər agentliyi həmin şəxsin eniş zamanı həbs edildiyini bildirib.
Cümə günü təhlükəsiz eniş edən uçuşdan 194 sərnişinin hamısı sağ qalıb, qapının açıq olmasına baxmayaraq, təyyarə Daequ Beynəlxalq Hava Limanına eniş edib.