Baxmutdakı qarşıdurmada ABŞ və Türkiyə vətəndaşları öldürüldü - VİDEO

  • 14:00 - 26 May

Rusiyanın muzdlu qruplaşması “Vaqner” dünən Ukraynanın Baxmut şəhərindəki qarşıdurmada ölən ABŞ vətəndaşı və bombalanmış binada meyiti tapılan Türkiyə vətəndaşının cənazələrini ölkələrinə göndərdiyini açıqlayıb. 

Avropa.info xəbər verir ki, videoda "Vaqner" qrupunun əsgərləri iki tabutu bağlayaraq birini ABŞ, digərini isə Türkiyə bayrağına büküblər. 

Vaqnerin təsisçisi Yevgeni Priqojin deyib: “Biz məhbuslarla birlikdə bir amerikalı və türkün meyitlərini qaytarırıq". 

Priqojin bildirib ki, ABŞ vətəndaşı Baxmutda döyüşərkən həlak olub, Türkiyə vətəndaşı isə Türkiyə vətəndaşı qadınla birlikdə Ukrayna qüvvələri tərəfindən vurulan binanın dağıntıları altında tapılıb, lakin qadının meyitini çıxarmaq mümkün olmayıb. 

"Vaqner" lideri bildirib ki, ölən ABŞ vətəndaşı ABŞ Xüsusi Hərbi Hava Qüvvələrinin keçmiş əsgəri Nikolas Maymerdir. Türkün kimliyi açıqlanmayıb.


Oxunma sayı: 1299

Oxşar yazılar