Sinan Oğandan Azərbaycanla bağlı AÇIQLAMA: Neft quyusu iddiasına cavab verdi

  • 13:43 - 26 May

Türkiyədə prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək. 

Avropa.info xəbər verir ki, Rəcəb Tayyib Ərdoğana dəstəyini açıqlayan ATA blokunun prezidentliyə namizədi Sinan Oğan "TRT Haberdə gündəmlə bağlı dəyərləndirmələr edib. 

Sinan Oğan Azərbaycan Prezidenti İlham Əliyevin ona zəng etməsi ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib.

"İlham Əliyev mənə zəng etməyib. Əliyevdən mənə mesaj gəlməyib. Əliyevin belə bir cəhd etməsi ağlımın ucundan keçməz. Turanlı ruhumuzun təbii ənənəsidir. Könül bağı bir başqa şeydir. Türkiyə Azərbaycanın daxili işlərinə qarışa bilməz, Azərbaycan da Türkiyənin daxili işlərinə qarışa bilməz. 

Deyirlər ki, mənim neft quyularım var. Seçki avtobusumuzun dizeli bitdi, yanacaqdoldurma məntəqəsinin sahibi dedi, bu məndən olsun. İcarəyə götürdüyümüz öz avtobusumuzu gəzə bilmədik. Buraxın bu iddiaları. Sübutunuz varsa, sənədləri qabağıma gətir", - deyə o bildirib.


Oxunma sayı: 3983

Oxşar yazılar