Ərdoğandan Türkiyə vətəndaşlarına 28 may ÇAĞIRIŞI

  • 13:29 - 26 May

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə vətəndaşlarını qarşıdan gələn prezident seçkilərinin ikinci turunda fəal iştirak etməyə və birlikdə “Türkiyənin yeni dövrünün qapılarını açmağa” çağırıb. 

Avropa.info xəbər verir ki, bu barədə Türkiyə lideri bazar günü, mayın 28-də Türkiyədə keçiriləcək prezident seçkilərinin ikinci turu ərəfəsində özünün "Tvitter" sosial şəbəkəsindəki səhifəsində yazıb. 

Dövlət başçısı bazar günü ölkə vətəndaşlarının “Türkiyə yüzili” vizyonu ətrafında birləşəcəyinə əminliyini ifadə edib. 

Ərdoğan ölkə vətəndaşlarını birlik nümayiş etdirməyə və birlikdə “Türkiyə üçün yeni dövrün qapılarını açmağa” çağırıb.


Oxunma sayı: 2520

Oxşar yazılar