Şolts Ukraynadakı münaqişənin dondurulmasına qarşı çıxdı

  • 11:52 - 26 May

Almaniya kansleri Olaf Şolts Ukraynadakı vəziyyətlə bağlı Rusiya prezidenti Vladimir Putinlə növbəti telefon danışığını planlaşdırdığını bildirib. 

Avropa.info xəbər verir ki, bunu Almaniya hökumətinin başçısı Kölner Stadt-Anzeiger qəzetinə müsahibəsində deyib. 

Şolts xatırladıb ki, Putinlə son söhbətdən artıq xeyli vaxt keçib. "Lakin mən lazımi anda Putinlə yenidən danışmaq niyyətindəyəm", - Şolts bildirib. 

Şolts həmçinin hesab edir ki, Ukrayna ətrafında vəziyyətin nizamlanması cəhdləri münaqişənin dondurulmasına gətirib çıxarmamalıdır.


Oxunma sayı: 1222

Oxşar yazılar