Rusiyadan gözlənilməz ADDIM: Türkiyənin yerinə o ölkəni seçdi - Ruslar üçün Avropaya səfər hazırlığı

  • 11:47 - 26 May

Rusiya prezidenti Vladimir Putinin Gürcüstana uçuş qadağasını və viza müraciətini ləğv etməsindən sonra “Georgian Airways” Rusiyadan Avropaya Tbilisi üzərindən birləşdirici reyslərə başlamağa hazırlaşır. 

Avropa.info xəbər verir ki, "TürkRus"un məlumatına görə, Gürcüstan Hava Yollarının direktoru Tamaz Qayaşvili Rusiyadan Tbilisi üzərindən Milana, Paris, Vyana, Larnaka və Salonikiyə uçuşlar təşkil edəcəklərini açıqlayıb. 

Rusiya vətəndaşlarının Tiflis üzərindən Avropaya daha sürətli və asan çıxış əldə edəcəyini bildirən Qayvaşvili uçuşlara kifayət qədər tələbatın olacağı gözlənildiyini bildirib. 

Qayvaşvili qeyd edib ki, beləliklə, Tbilisi bugünkü şəraitdə Rusiya vətəndaşları üçün “uçuş mərkəzinə” çevriləcək. 

Qeyd edək ki, "Georgian Airways", "Azimut" və "Red Wings" aviaşirkətləri Rusiyadan Gürcüstana uçuşlar təşkil edir.


Oxunma sayı: 2751

Oxşar yazılar