ABŞ döyüş gəmisi o ölkədə: Rusiyadan sərt REAKSİYA

  • 22:30 - 26 May

ABŞ-ın təyyarədaşıyan gəmisi təlim üçün Norveçə gəlib. Sözügedən prosesə reaksiya verən Rusiya sərt açıqlama verib. 

Avropa.info "Euronews"a istinadən xəbər verir ki, Rusiya ABŞ-ın təyyarədaşıyan gəmisinin NATO üzvü Norveçin paytaxtı Osloya birgə təlim üçün gəlməsinə reaksiya verib və bunu "dağıdıcı güc nümayişi" adlandırıb. 

Oslo fyordunda lövbər salan ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS Gerald Ford" təyyarədaşıyan gəmisindən sonra Norveçin qonşusu Rusiyanın reaksiyası gecikməyib. 

Rusiyanın Oslodakı səfirliyinin bəyanatında deyilir: "Bu cür güc nümayişi ağlabatan deyil və zərərlidir". 

Norveçin Rusiya ilə 198 kilometr ümumi sərhədi var və Oslo ilə Moskva arasında münasibətlər ötən ilin fevralında Rusiyanın Ukraynaya təcavüzündən sonra gərginləşib. 

Bu arada, Norveç Silahlı Qüvvələrinin təyyarədaşıyan gəmisinin gəlişi ilə bağlı bəyanatında "ən mühüm müttəfiqimiz olan ABŞ ilə əməkdaşlığı daha da inkişaf etdirmək və daha yaxından işləmək üçün unikal imkan təqdim edib" dəyərləndirməsi verilib. 

Açıqlamada bölgədəki bütün gəmilərə təyyarədaşıyan gəmidən 500 metr aralıda qalmaları ilə bağlı xəbərdarlıq edilib və nüvə reaktoru ilə işləyən təyyarə gəmisinin yerləşdiyi ərazi “uçuş qadağan zona” elan edilib. 

Dünyanın ən böyük təyyarədaşıyan gəmisi “USS Gerald Ford” bir həftə Osloda qalacaq və sonra NATO üzvü Norveçlə birgə təlimlərdə iştirak edəcək. Təyyarədaşıyan gəminin 2600 nəfərlik heyəti var. 


Oxunma sayı: 1376

Oxşar yazılar