Avropanın ən böyük tur operatoru bu mövsüm Türkiyəyə 2,2 milyon turist gətirəcək

  • 11:28 - 26 May

Avropanın ən böyük tur operatorlarından biri olan TUİ yeni turizm mövsümü çərçivəsində 2,2 milyon turist üçün Türkiyəyə səfərlər təşkil etməyi planlaşdırır. 

Avropa.info xəbər verir ki, "Partner Update" tədbiri çərçivəsində Marmarisdəki TUI Group Hoteldə keçirilən görüşdə Ege bölgəsindən otel sahibləri və turizm agentliklərinin nümayəndələri iştirak ediblər. Müxtəlif mövzularda təqdimatlar olub. 

O cümlədən, TUI Group Türkiyəyə 14 bazardan 2,2 milyona qədər turist gətirməyi vəd edib. 

Öz növbəsində Türkiyə Otelçilər Federasiyasının (TÜROFED) vitse-prezidenti Bülənt Bülbüloğlu bildirib ki, görüş zamanı bu və gələn il üçün turizm planları, eləcə də qlobal turizmin imkanları və istiqamətləri müzakirə edilib.


Oxunma sayı: 2311

Oxşar yazılar