
Bayden ABŞ Baş Qərargah rəisinin dəyişdirildiyini açıqladı
- 20:29 - 26 May
ABŞ prezidenti Co Bayden ABŞ Baş Qərargah rəisinin dəyişdirildiyini rəsmən elan edib.
Avropa.info xəbər verir ki, general Mark Milleydən sonra bu postu Çarlz Braun tuta bilər.
Amerika prezidenti ABŞ-a göstərdiyi xidmətə görə general Milliyə də təşəkkür edib. Bayden Millinin vəzifədən getməsindən sonra onunla işləməyə davam edəcəyinə ümid etdiyini vurğulayıb.
Mark Milley 2019-cu ildən ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədridir. O, ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən təyin edilib. Millinin səlahiyyət müddəti 2023-cü ilin sentyabrında başa çatır.
Konqres onun namizədliyini təsdiq edərsə, Çarlz Braun ABŞ Baş Qərargahına rəhbərlik edəcək.