BMT: 2022-ci ildə Ümumdünya Təşkilatının 103 sülhməramlısı öldürülüb

  • 19:33 - 26 May

BMT-nin Yaxın Şərqdə ilk sülhməramlı missiyasının yaradıldığı 1948-ci il mayın 29-dan indiyədək BMT bayrağı altında 4200-dən çox sülhməramlı həlak olub, onlardan 103-ü 2022-ci ildə olub. 

Avropa.info xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş mayın 29-da qeyd olunan Beynəlxalq Sülhməramlılar Günü ərəfəsində bildirib. 

“Onlar təhlükəsizliyi, sabitliyi və qanunun aliliyini dəstəkləyirlər. Onlar münaqişələrin episentrində yaxalanmış mülki əhalinin ümidi və müdafiəsidir. BMT sülhməramlıları başqalarını xilas etmək üçün həyatlarını riskə atırlar. Onlar fəaliyyətdə çoxtərəfliliyin simvoludur”, - deyə o qeyd edib.

"Hər il Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Sülhməramlıları Günü bizə dünyanın ən təhlükəli ərazilərində sülh uğrunda mübarizə aparan qadın və kişilərin xatirəsini ehtiramla yad etmək imkanı verir", - deyə BMT rəhbəri bildirib. 

Həlak olan sülhməramlıların xatirəsinə həsr olunmuş mərasimdə Quterreş BMT bayrağı altında xidmətdə canlarından keçənlərin xatirəsinə əklil qoyub. Təşkilatın rəhbəri 2022-ci ildə həlak olan sülhməramlıları ölümündən sonra Daq Hammarşeld medalı ilə təltif edib. 

Bu il BMT-nin sülhməramlı əməliyyatlarının 75-ci ildönümüdür. Bu gün dünyanın 125 ölkəsindən 87 mindən çox “mavi dəbilqəli” BMT-nin 12 missiyasında xidmət edir. 

BMT-nin Yaxın Şərqdə ilk sülhməramlı missiyasının yaradıldığı 1948-ci il mayın 29-dan indiyədək BMT bayrağı altında 4200-dən çox sülhməramlı həlak olub, onlardan 103-ü 2022-ci ildə olub. 

“Həlak olan hərbçilər, polislər və mülki işçilər [BMT missiyalarına] müxtəlif mənşəli 39 müxtəlif ölkədən gəlmişdilər. Amma onların hamısı bizim dünya qarşısında borcumuzu təcəssüm etdirirdi. Onların ailələrinə, dostlarına, həmkarlarına və ölkələrinə dərin hüznlə başsağlığı və minnətdarlığımı bildirirəm. Onların xidmətinə və fədakarlığına hörmət edirəm”, - Quterreş bildirib.


Oxunma sayı: 2817

Oxşar yazılar